Trampın heykəli qoyuldu

Dünya

14.04.2025 12:03

14

"Sticker Mule" şirkətinin baş direktoru və Nyu-York Konqresinə keçmiş namizəd Antoni Konstantino ABŞ prezidenti Donald Trampa siyasətçinin 7 metrlik heykəlini hədiyyə edib.   

TodayPress xəbər verir ki, bu barədə "Daily Beast" məlumat yayıb. 

Konstantino Aprelin 12-də Tramp Beynəlxalq Qolf Klubuna səfəri zamanı prezidentə bürünc heykəl hədiyyə etdiyini açıqlayıb.   

Nəşr bildirib ki, heykəl qolf klubunun daimi obyektinə çevriləcək və bina ilə 27 dəlikli qolf meydançasının birinci çuxuru arasında yerləşəcək.

Heykəl “İtaətsizlik abidəsi” adlanır. O, Antoni Konstantinonun adının həkk olunduğu daş postamentin üzərində yerləşir. 

Konstantinonun sözlərinə görə, Amerika lideri hədiyyə təqdim edilərkən şən, oynaq əhval-ruhiyyədə olub.

Töhfə Səməd

tag: ABŞ,Tramp,Heykəl,Hədiyyə,Todaypress.az,