Trampın impiçmenti tələb edildi

Dünya

29.04.2025 11:10

9

ABŞ-nin Demokrat konqresmeni Şri Tanedar prezident Donald Trampın impiçmenti üçün rəsmi qətnamə təqdim edib. 

TodayPress xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Tanedar bildirib ki, impiçment sənədində Trampa qarşı yeddi ciddi ittiham yer alıb.

Bu ittihamlar arasında ədalətə mane olmaq, korrupsiya, vəzifədən sui-istifadə, qeyri-qanuni agentliklərin yaradılması və beynəlxalq təcavüz kimi iddialar var.

Bundan əvvəl bildirilib ki, Trampın siyasi kursuna yaxın olan şəxslər gələcəkdə dövlət vəzifələrinə təyin olunacaq.

Qeyd edək ki, oktyabrın 1-dən ABŞ-də yeni kadr sistemi tətbiq ediləcək və buna Personal İdarəetmə Federal İdarəsi nəzarət edəcək.

Türkan İsgəndərli

tag: Donald Tramp,İmpiçment,ABŞ,Konqresmen,todaypress.az,