Trampın impiçmenti üçün yeni təklif hazırlanır

Dünya

06.04.2025 09:55

10

Demokrat konqresmen Al Qrin ABŞ prezidenti Donald Trampın impiçmenti üçün təklif təqdim edəcək.

TodayPress xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

Konqresmen hesab edir ki, Tramp prezident olmağa layiq deyil. Buna görə o, bir ay ərzində liderin impiçmenti üçün vəsatət təqdim edəcək.

Xatırladaq ki, Al Qrin Trampın ilk prezidentlik dövründə bir sıra uğursuz impiçment cəhdləri edib.

Türkan İsgəndərli

tag: Donald Tramp,İmpiçment,Al Qrin,ABŞ,todaypress.az,