Trampın komandası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Amerika prezidenti Donald Trampın komandası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki , sanksiyalar rejiminin gücləndirilməsi məsələsi artıq ABŞ Maliyyə Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən həll edilir.
Bundan əvvəl “Reuters” xəbər vermişdi ki, ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya dəstəyin artırılması üçün qanun layihəsi təqdim ediblər.
Sənəddə Ukraynanın təhlükəsizliyini və bərpasını təmin etmək üçün vəsaitin ayrılması və sərt anti-Rusiya sanksiyalarının tətbiqi ilə bağlı müddəalar var. Qanun layihəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Qreqori Miks tərəfindən dəstəklənib.
tag: Amerika,Rusiya,Sanksiya,Donald Tramp,todaypress.az,