Trampın məhdudiyyətləri “Tesla”ya təsir edəcək
ABŞ prezidenti Donald Trampın xarici avtomobillərə qarşı tətbiq etdiyi yeni ticarət məhdudiyyətləri “Tesla” şirkətinin məhsullarına da təsirsiz ötüşməyəcək.
TodayPress xəbər verir ki, bunu şirkətin sahibi İlon Mask özünün “X” sosial şəbəkəsindəki paylaşımında təsdiqləyib.
“Bu məsələdə “Tesla”nın zərərdən yayına bildiyini düşünmək yanlışdır. Gözlənilən gömrük rüsumları şirkətimizə ciddi təsir edəcək” o bildirib.
Maskın sözlərinə görə, yeni tariflər “Tesla” avtomobillərinin istehsalında istifadə olunan və digər ölkələrdən gətirilən ehtiyat hissələrinin qiymətini artıracaq. Bu isə son məhsulun maya dəyərinə əhəmiyyətli şəkildə təsir göstərəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkə xaricində istehsal olunan avtomobillərə 25 faiz həcmində gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Qiymət Mahir
tag: Tramp,İlon Mask,ABŞ,Tesla,Todaypress.az,