Trampın məktubu İrana çatdı

Dünya

13.03.2025 10:34

1402

BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ABŞ prezidenti Donald Trampın İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə ünvanladığı məktubu çatdırıb. 

TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

Bildirilir ki, məktub İranın xarici işlər naziri Abbas Əraqçiyə təqdim edilib. Tehranda keçirilən görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.   

Əraqçi çıxışında Yaxın Şərq ölkələrinin maraqlarını təmin etmək məqsədilə region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.  Qeyd edək ki, martın 7-də Tramp Xamneiyə nüvə proqramı üzrə danışıqların aparılmasını təklif edən mesaj göndərib.   

Türkan İsgəndərli

tag: İran,XİN,Tramp,Məktub,Todaypress.az,