"Trampın məktubu onun ictimai ritorikasından fərqlənmir"
"ABŞ prezidenti Donald Trampın İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei göndərdiyi məktubun əsas məqamları Ağ Evi işğal edən şəxsin ictimai ritorikasından çox da fərqlənmir".
TodayPress xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
"Hələlik Trampın məktubunu yaymaq üçün heç bir əsasımız yoxdur. Bu məktubla bağlı mediada dərc olunanların hamısı fərziyyədir. Trampın ictimai bəyanatlarını nəzərə alsaq, bu məktubun məzmunu onlardan çox da fərqlənmir" diplomat bildirib.
Bəqayinin sözlərinə görə, Tehran bütün lazımi məsləhətləşmələr və müzakirələri başa vurduqdan sonra bu məktuba cavab verəcək.
Qeyd edək ki, martın 7-də Tramp Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif edən məktub göndərib.
Türkan İsgəndərli
tag: Tramp,ABŞ,İran,Məktub,Todaypress.az,