Trampın Putinlə danışığı “xəyanət” kimi qəbul edildi

Dünya

13.02.2025 19:00

2253

ABŞ administrasiyası Avropa İttifaqındakı müttəfiqlərini prezident Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacağı barədə əvvəlcədən xəbərdar etməyib.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Nəşrə görə, Avropa paytaxtlarında bu görüşün nəticələri “xəyanət” kimi qəbul edilib və ABŞ-nin Rusiyaya güzəştə gedə biləcəyi qorxusu yaranıb. 

Tramp-Putin danışığı barədə xəbərlər yayıldıqdan dərhal sonra Almaniya, Fransa, Polşa, İtaliya, İspaniya, Böyük Britaniya və Aİ-nin xarici işlər nazirləri birgə bəyanat yayıb. 

“Biz bu məsələni ABŞ müttəfiqlərimizlə birlikdə müzakirə etməyi səbirsizliklə gözləyirik. Ümumi məqsədimiz Ukraynanı güclü mövqeyə gətirmək olmalıdır” deyə bəyanatda bildirilib.

Qiymət Mahir

tag: ABŞ ,Avropa İttifaqı,Donald Tramp,Rusiya ,Vladimir Putin,todaypress.az,