Trampın qərarına qarşı çıxıldı: “İsrail İranı vura bilər və vurmalıdır”

Dünya

17.04.2025 12:05

16

İsrail müxalifətindəki “Milli Birlik Partiyası”nın lideri Benn Qants prezident Donald Trampın İsrailin İranın nüvə obyektlərinə planlaşdırdığı hücumu bloklamasına sərt reaksiya verib. 

TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“İran rejimi vaxtı uzatmaq üzrə mütəxəssisdir.

İsrail dövləti İranın nüvə potensialı əldə etməsi perspektivini aradan qaldırmalıdır və qaldıra bilər” deyə Qants sosial şəbəkə “X”də yazıb.

İvrit dilində yayımlanan versiyada isə Qants daha da qətiyyətli danışaraq deyib ki, İsrail İranı vura bilər və vurmalıdır.

O, əlavə edib ki, Vaşinqtonla sıx əməkdaşlıq şəraitində Yaxın Şərqdə vəziyyətin dəyişdirilməsinin vaxtı çatıb: 

“Böyük müttəfiqimiz Amerika Birləşmiş Ştatları ilə birgə bu regionda vəziyyəti dəyişmək zamanıdır”. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,İsrail,İran,Todaypress.az,