Trampın qlobal iqtisadiyyata vurduğu zərər qiymətləndirildi

Dünya

11.04.2025 15:29

15

ABŞ prezidenti Donald Trampın aqressiv tarif siyasəti nəticəsində yaranan ticarət müharibələri 2025-ci ildə dünya iqtisadiyyatına bir neçə trilyon dollara başa gələ bilər. 

TodayPress xəbər verir ki, bunu Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin beynəlxalq biznes kafedrasının dosenti Anastasiya Prikladova deyib.   

Analitik qeyd edib ki, ABŞ-nin artan idxal rüsumlarının “şok terapiyası” bir il ərzində başa çatarsa, oxşar ssenari reallaşacaq.

Əksər ölkələr üçün yüksək tariflər uzunmüddətli perspektivdə davam edərsə, qlobal iqtisadiyyata ümumi zərər daha çox ola bilər. Bununla belə, ekspertin fikrincə, 2026-cı ilə kimi yenidən yüksəliş görmək şansı var. 

Prikladova xəbərdarlıq edib ki, ABŞ-nin sərt gömrük siyasətinin əsas qısamüddətli nəticəsi çox güman ki, qlobal ÜDM-in artım tempinin yavaşlaması olacaq. Söhbət bir neçə faiz itkidən gedir.   

“Biz bu il ərzində belə bir azalma görə bilərik” deyə ekspert izah edib. Bununla belə, ABŞ-nin daha yüksək idxal tariflərinin uzun müddət qüvvədə qalması ehtimalı hələ də azdır. Bu cür tədbirlər ABŞ-nin özünün iqtisadiyyatına da ziyan vurur.   "Belə "şok terapiyası" uzun müddət davam edə bilməz" deyə o bildirib. 

Töhfə Səməd

tag: ABŞ,Tramp,İqtisadiyyat,Zərər,Todaypress.az,