Trampın rüsum siyasəti qlobal tənəzzülə yol aça bilər
“ABŞ tarifləri Rusiyanın ixrac gəlirlərinə və dünya iqtisadiyyatına zərbə vuracaq”.
TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru”ya açıqlamasında Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun (İSKRAN) iqtisadi araşdırmalar şöbəsinin rəhbəri Yevgeni Xoroşilov danışıb.
Ekspert bildirib ki, ABŞ prezidenti Donald Trampın 75-dən çox ölkəyə qarşı tətbiq etdiyi yeni idxal rüsumları yaxın perspektivdə dünya iqtisadi artımına mənfi təsir göstərəcək. Onun sözlərinə görə, bəzi iqtisadçılar bu vəziyyətin qlobal resessiyaya gətirib çıxara biləcəyini istisna etmirlər.
“Bu, Rusiya kimi ixracatla iqtisadiyyatını dəstəkləyən ölkələr üçün mənfi nəticələr doğuracaq. Tələb və qiymətlərin düşməsi ixrac gəlirlərinə ciddi zərbə vura bilər” deyə Xoroşilov bildirib.
Uzunmüddətli planda isə ekspert hesab edir ki, Trampın proteksionist siyasəti beynəlxalq iqtisadi sistemin geosiyasi qütblər üzrə parçalanmasını sürətləndirəcək. Bu isə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi qurumların və digər qlobal iqtisadi institutların böhranını daha da dərinləşdirə bilər.
Eyni zamanda Xoroşilov qeyd edib ki, bu transformasiya dövrü Rusiya üçün də müəyyən imkanlar yarada bilər:
“Yeni şərtlərə uyğunlaşmaqla Rusiya yaranan boşluqlardan istifadə etməlidir”.
Ekspert onu da istisna etmir ki, 90 günlük möhlət bitdikdən sonra ABŞ fərdi ölkələrlə danışıqların gedişindən asılı olaraq tarif tətbiqini təxirə sala bilər.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,İxrac,Tənəzzül,todaypress.az,