Trampın sərvəti 2 dəfə artdı
ABŞ prezidenti Donald Tramp bir il ərzində sərvətini 2,3 milyard dollardan 5,1 milyard dollara yüksəldib.
TodayPress xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
“Milyarderlər arasında çox az adam üçün bu il Donald Tramp qədər uğurlu olub. Bu, yalnız onun yenidən ABŞ prezidenti seçilməsi ilə bağlı deyil. Ağ Evə qayıtmazdan əvvəl o, kriptoinvestisiya sahəsində çox gəlirli sərmayə edib” deyə nəşr yazıb.
Jurnalın məlumatına görə, Trampın əsas aktivi daşınmaz əmlakdır.
Bundan əlavə, o, şərab zavodu, qolf klubları və “Trump Force One” adlı “Boeing 757-200" təyyarəsinə sahibdir.
Aysel Mətləb
tag: ABŞ,Tramp,Sərvət,Artım,Todaypress.az,