Trampın tarifləri inflyasiyanı artırır, gəlirləri azaldır

Dünya

06.03.2025 12:40

2907

ABŞ-də qiymət səviyyəsi 1,0-1,2 faiz artacaq. 

TodayPress xəbər verir ki, bu barədə “Yale Büdcə Laboratoriyası” jurnalı tərəfindən açıqlanan təhlildə bildirilib.   

Artım, ABŞ Prezidenti Donald Trampın Kanada, Meksika və Çinə tətbiq etdiyi tariflər səbəbindən 2024-cü ildə hər ailə üçün orta hesabla 1600-2000 dollar istehlak itkisinə bərabərdir.   

Təhlildə vurğulanır ki, tariflər xüsusilə aşağı gəlirli ailələr üçün daha böyük maliyyə yükü yaradır və qısamüddətli dövrdə reqressiv vergi kimi təsir göstərəcək.   

Qeyd edilib ki, ABŞ ÜDM-nin real artımı 2025-ci ildə 0,6 faiz aşağı olacaq. Uzunmüddətli perspektivdə ABŞ iqtisadiyyatı davamlı olaraq 0,3-0,4 faiz azalcaq ki, bu da 2024-cü ildə illik 80-110 milyard dollar ekvivalentinə bərabərdir.   

Aysel Mətləb

tag: Tramp,ABŞ,Tarif,Gəlir,İnfilyasiya,Todaypress.az,