Trampın tarifləri ÜTT qaydalarına uyğundur?

Dünya

10.04.2025 18:05

11

ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflər qanunidir və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğundur.   

TodayPress xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. 

ABŞ nümayəndələri qeyd ediblər ki, ticarət rüsumları tətbiq etməklə Vaşinqton ÜTT çərçivəsində ölkənin fundamental maraqlarını qorumaq üçün zəruri tədbirlər görür.

Onlar əlavə ediblər ki, rüsumlar ÜTT sazişindəki təhlükəsizlik maraqlarına uyğundur. 

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib.   

Aprelin 9-da bir sıra ölkə və ərazilərə əlavə qarşılıqlı idxal tariflərini 90 gün müddətinə dayandırdığını açıqlayıb.

Eyni zamanda, ABŞ prezidenti Çin məhsullarına rüsumları 125%-ə qaldırıb. 

Türkan İsgəndərli

tag: ABŞ,Tramp,Tariflər,ÜTT,Todaypress.az,