Trampın tariflərinin ən çox təsir edəcəyi ölkələr açıqlandı

Dünya

05.04.2025 18:40

2508

Avropa Birliyinin (Aİ) kiçik üzv ölkələri Birləşmiş Ştatların tətbiq etdiyi tariflərin təsirini bir çox digər ölkələrlə müqayisədə daha çox hiss edəcəklər.  

TodayPress xəbər verir ki, bunu rusiyalı ekspert Aleksandr Daniltsev deyib. 

O, bu ticarət məhdudiyyətlərinin həm qlobal, həm də Amerika iqtisadiyyatına mənfi təsir edəcəyinə əmin olduğunu bildirib. 

“Avropa İttifaqının daha kiçik iqtisadiyyatları – Avstriya, Bolqarıstan, Finlandiya, Malta, Baltikyanı ölkələr üçün ümumi ixracatın miqyası və ABŞ-nin onlarda payı, habelə elan edilmiş rüsumların ölçüsü nəzərə alınmaqla rüsumlar həssas ola bilər” ekspert qeyd edib. 

Onun sözlərinə görə, Meksika və Kanada da oxşar vəziyyətlə üzləşə bilər.   

Analoji hal İndoneziya , Koreya Respublikası, Kamboca və bir sıra digər ölkələrə də aiddir.

Öz növbəsində Çin və böyük Avropa ölkələri - İtaliya, Almaniya və Fransa böyük itkilərlə üzləşmək riski ilə üzləşəcəklər.   

Lakin bu ölkələrin ixracının miqyasını nəzərə alsaq, ABŞ tariflərinin təsiri onlar üçün daha az olacaq.

tag: ABŞ,Tramp,Tariflər,Avstriya,Bolqarıstan,Finlandiya,Malta,Todaypress.az,