Trampın üçüncü dəfə prezidentlik üçün “metod”u var

Dünya

31.03.2025 16:25

978

ABŞ prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək ehtimalını istisna etməyib.

TodayPress xəbər verir ki, o bunu “NBC News”a müsahibəsində bildirib və belə bir addım üçün “mövcud metodlardan” söz açıb.

“Çoxları istəyir ki, mən bunu edim. Amma mən əsasən onlara deyirəm ki, hələ uzun bir yolumuz var, bilirsiniz, bu haqda düşünmək üçün çox tezdir” deyə Tramp qeyd edib. 

Aparıcının israrla soruşmasına cavab olaraq isə o, zarafat etmədiyini və bu barədə düşünməyin hələ tez olduğunu bildirib. ABŞ Konstitusiyasının 22-ci düzəlişi bir şəxsin iki dəfədən artıq prezident olmasını müddətlərin ardıcıl və ya fasiləli olmasından asılı olmayaraq qadağan edir.

Tramp buna cavabında belə bir addım atmaq üçün metodlar olduğunu söyləyib. 

“Əgər vitse-prezident postuna irəli sürülən şəxs, məsələn, Ceyms Devid Vensin seçkidən sonra prezidentlikdən istefa verməsi və vəzifəni sizə təhvil verməsi hüquqi olaraq mümkündürmü?” deyə ondan soruşulub.

Tramp bu ssenarini “bir metod” adlandırıb və əlavə edib ki, başqa metodlar da var. Metodların nədən ibarət olduğunu açıqlamaqdan imtina edib. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,Prezident,Seçki,Todaypress.az,