Trampın üçüncü müddətə prezident qalacağına inam artır

Dünya

03.04.2025 10:14

2274

ABŞ vətəndaşlarının əksəriyyəti hesab edir ki, prezident Donald Tramp konstitusiya məhdudiyyətlərinə baxmayaraq, üçüncü müddətə də Ağ Evdə qalmağa çalışacaq.   

TodayPress xəbər verir ki, bu barədə “YouGov” tərəfindən aparılan sorğunun nəticələri göstərir. 

Respondentlərin 56 faizi Trampın “yəqin ki” və ya “mütləq şəkildə” yenidən prezidentliyə namizəd olacağını düşünür. 28 faiz bu fikirlə razı deyil. 15 faiz respondent isə cavab verməkdə tərəddüd edib. 

Bundan əvvəl “Bloomberg” yazmışdı ki, Tramp ABŞ Konstitusiyasının 22-ci düzəlişindəki hüquqi boşluqdan istifadə edərək üçüncü dəfə prezident postuna qayıda bilər.

İddialara görə, bu ssenariyə əsasən, Tramp 2029-cu ildə vitse-prezident vəzifəsinə namizəd olacaq.

Hazırkı vitse-prezident Ceyms Devid Vens prezidentliyə namizəd kimi irəli sürüləcək, Tramp isə onun tərəfdaşı olacaq. Vens seçilərsə və and içdikdən sonra istefa versə, Tramp avtomatik olaraq prezident postuna qayıdacaq.

Nəşrin yazdığına görə, bu halda 22-ci düzəliş Trampın prezident olmasına maneə yaratmır. 

Qeyd edək ki, Trampın müşaviri də bu hüquqi modeli araşdıraraq, onun üçüncü müddətə prezident ola biləcəyini hesab edib. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,Prezidentlik,Seçki,Todaypress.az,