Trampın Ukrayna razılaşmasına marağı itir
ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Ağ Evdə mübahisə etdikdən sonra Kiyevlə nadir torpaq metalları müqaviləsinə marağını itirib.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" yüksək rütbəli amerikalı məmura istinadən məlumat yayıb.
Bildirilib ki, müqavilənin imzalanması ilə başa çatmalı olan görüşdə Ukrayna rəhbəri ilə mübahisədən sonra Tramp Floridadakı evinə gedib və hazırda Vaşinqtona qayıtmağı planlaşdırmır.
Xatırladaq ki, fevralın 28-də Zelenski Trampla görüşmək üçün Vaşinqtona gəlib. Siyasətçilər arasında ünsiyyət gərgin olub. Tramp Zelenskiyə çoxsaylı şikayətlər edib.
Töhfə Səməd
tag: Trump,Zelenski,Razılaşma,ABŞ,Ukrayna,Todaypress.az,