Trampın Vatikandakı hərəkətinin mənası açıqlandı

Dünya

27.04.2025 20:45

14

ABŞ prezidenti Donald Trampın Vatikanda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş zamanı Fransa prezidenti Emmanuel Makronu uzaqlaşdırmasının səbəbi açıqlanıb. 

TodayPress xəbər verir ki, bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “RİA”ya danışıb.

"Vatikanda Trampın Makronu açıq şəkildə uzaqlaşdırması fantastik bir səhnə idi. Bu, açıq bir mesajdır: dünyanı xilas edin və Ukraynada müharibəni qızışdıran şahinləri uzaqlaşdırın”.

Qeyd edək ki, ABŞ və Ukrayna prezidentlərinin qeyri-rəsmi görüşü 26 aprel tarixində, Roma Papası ilə vida mərasimi ərəfəsində baş tutub.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Vatikan,Ukrayna,Zelenski,todaypress.az,