Trampın xüsusi elçisinin təyyarəsi Omana endi
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun təyyarəsi Omana eniş edib.
TodayPress xəbər verir ki, bu barədə "Flightradar24" portalı məlumat yayıb.
Amerika rəsmisini daşıdığı güman edilən "Gulfstream G650ER" Bakı vaxtı ilə saat 06:42-də Oman hava limanına enib.
Təyyarə Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Sankt-Peterburqun Pulkovo hava limanından saat 23:59-da havaya qalxıb.
Qeyd edək ki, Rusiya lideri ilə Trampın xüsusi nümayəndəsi arasında görüş aprelin 11-də 4,5 saat davam edib.
Danışıqların əsas mövzusu Ukraynadakı münaqişənin həlli yolları olub.
Töhfə Səməd
tag: Tramp,Stiven Uitkoff,ABŞ,Rusiya,Danışıqlar,Todaypress.az,