Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
ABŞ
prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Ukrayna münaqişəsinin
sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək.
TodayPress
xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a
açıqlaması zamanı deyib.
"Prezidentin xüsusi nümayəndəsi
Stiven Uitkoff rusları bu danışıqların bir hissəsi olmağa çağırmaq üçün bu həftə
Moskvaya qayıdacaq və ümid edirik ki, onlar razılaşacaqlar" o bildirib.
tag: ABŞ, Prezident, Ağ Ev, Livitt, Stiven Uitkoff, todaypress.az,