Trampın xüsusi nümayəndəsi Rusiyaya səfər etdi

Dünya

11.04.2025 12:23

12

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Rusiyaya səfər edib.

TodayPress xəbər verir ki, bu barədə “Axios” portalı diplomatik mənbələrə və “FlightRadar” məlumatlarına istinadla məlumat yayıb.

Bildirilib ki, Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə aprelin 11-də görüşü planlaşdırılıb. Bu, tərəflər arasında Ukrayna üzrə mümkün sülh həlləri fonunda baş tutacaq üçüncü görüş olacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ və Rusiya nümayəndə heyətləri İstanbulda danışıqlar aparmışdı. Danışıqlardan sonra Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, tərəflər növbəti məsləhətləşmə raunduna qədər qarşılıqlı qəbul edilə bilən həll variantlarına yaxınlaşa bilərlər. 

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Stiv Uitkoff,Vladimir Putin,todaypress.az,