Trampın yanlış siyasəti ABŞ-ni tənəzzülə sürükləyir

Dünya

13.03.2025 11:08

2183

"ABŞ prezidenti Donald Trampın yalnış ticarət siyasəti Amerika iqtisadiyyatını tənəzzülə sürükləyə bilər".   

TodayPress xəbər verir ki, bu barədə Amerika Levi İnstitutunun tədqiqatçısı Marşall Auerbek deyib. 

Onun proqnozlarına görə, buna səbəb Amerikanın Kanada, Meksika və Çin də daxil olmaqla bir sıra ölkələrdən idxal tariflərini artırmasıdır.   

Ekspert qeyd edib ki, bu vəziyyətdə Federal Ehtiyatlar Sisteminin (FRS) rəhbərliyi əsas məzənnəni uzun müddət yüksək səviyyədə saxlamalı olacaq.   

Auerbek Amerika iqtisadiyyatı üçün başqa bir problemin artan milli borc olduğunu vurğulayıb. Onun sözlərinə görə, yaxın gələcəkdə bu vəziyyət ABŞ-ni ciddi iqtisadi sarsıntılara qarşı həssas edəcək. 

Qeyd edək ki, ölkənin dövlət borcu hazırda 36,6 trilyon dollara yaxınlaşır. 

Türkan İsgəndərli

tag: Tramp,ABŞ,Siyasət,Tənəzzül,Todaypress.az,