Trampın yeni vergi rüsumları "Coca-Cola"ya təsir etdi
ABŞ Prezidenti Donald Trampın yeni tarif siyasəti "Coca-Cola"nın plastik qablaşdırmadan istifadəsini artıra bilər.
TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Şirkət alüminium və polada idxal vergisinin 25% artırılmasından sonra içkilərini plastik butulkalarda satmağın daha sərfəli olduğunu açıqlayıb.
"Coca-Cola" 2035-ci ilə qədər istehlak olunmuş materialların 35-40%-nin yenidən istifadə ediləcəyini açıqlayıb.
Qeyd edək ki, şirkət plastik butulkalardan istifadəyə görə daim tənqid edilib.
Nicat Osman
tag: Donald Tramp,Tarif,Coca-Cola,Şirkət,Todaypress.az,