Tramp:"İrandan neft alan ölkə dərhal sanksiyalara məruz qalacaq"
ABŞ Prezidenti Donald Tramp İran neftinin və neft-kimya məhsullarının alqı-satqısının dərhal dayandırılması çağırışı ilə çıxış edib.
TodayPress xəbər verir ki, Ağ Ev rəhəbəri bu barədə "Truth Social" hesabında paylaşım edib.
“İranın nefti və neft-kimya məhsullarının bütün alqı-satqısı dərhal dayandırılmalıdır! Hər hansı bir ölkə və ya şəxs İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulu alarsa, dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq” Tramp bildirib.
tag: Tramp,ABŞ, İran, Neft, Neft-Kİmya, Alqı, Satqı, todaypress.az,