Trampla Netanyahunun birgə mətbuat konfransı ləğv edildi
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında bu gün keçirilməsi planlaşdırılan birgə mətbuat konfransı ləğv edilib.
TodayPress xəbər verir ki, bu barədə
Ağ Evdən verilən açıqlamada bildirilib.
Məlumata görə,
Trampın gündəliyində yer alan mətbuat konfransı baş tutmayacaq. Bunun əvəzinə,
liderlər Oval kabinetdə jurnalistlərin suallarını cavablandıracaqlar.
Ağ Ev Tramp və
Netanyahunun birgə mətbuat konfransının hansı səbəbdən ləğv olunduğu barədə
əlavə açıqlama verməyib.
Qeyd edək ki,
Tramp İsrail baş naziri Netanyahunu yeni dönəmdə ikinci dəfədir ki, Ağ Evdə
qəbul edir.
tag: ABŞ, Tramp,Benyamin Netanyahu , Ağ Ev, todaypress.az,