Trampla Putinin növbəti danışığının tarixi açıqlandı

Dünya

19.03.2025 09:51

2221

Rusiya prezidenti Vladimir Putinlə Amerikalı həmkarı Donald Trampın danışıqlarının növbəti tarixi açıqlanıb. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib. 

Onun sözlərinə görə, danışıqlar martın 23-də baş tutacaq.   

Söhbət zamanı dövlət başçıları arasında əldə olunan razılaşmaların və Ukraynada atəşkəsin təfərrüatları müzakirə olunacaq. 

Qeyd edək ki, liderlər arasında martın 18-də telefon danışığı baş tutub. 

Türkan İsgəndərli

tag: Tramp,ABŞ,Putin,Rusiya,Görüş,Todaypress.az,