Turçin və Mişustin Moskvada görüşəcək

Dünya

05.04.2025 15:10

1862

Belarusun baş naziri Aleksandr Turçin və Rusiyanın baş naziri Mixail Mişustin ilk görüşlərini Moskvada keçirəcəklər. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Belarusdakı səfiri Boris Qrızlov “TASS” agentliyinə bildirib.

“Görüşün gündəliyi kifayət qədər genişdir” deyə səfir qeyd edib.

Onun sözlərinə görə, danışıqlar həm məhdud, həm də geniş formatda aparılacaq və “maksimal spektrdə məsələlər” nəzərdən keçiriləcək. 

Qiymət Mahir

tag: Rusiya,Belarus,Misuştin,Turçin,Görüş,Todaypress.az,