Turist avtobusları toqquşdu: 47 nəfər xəsarət aldı

Dünya

05.04.2025 10:58

1474

Tokioda iki turist avtobusunun toqquşması nəticəsində 47 nəfər xəsarət alıb.   

TodayPress xəbər verir ki, bu barədə yerli “NTV” telekanalı məlumat yayıb. 

Qeyd olunub ki, avtobuslar Tokionun qərb kənarındakı tunelin girişində toqquşub.

Xəsarət alanların həyatı üçün heç bir təhlükə yoxdur.   

Turistlər arasında əcnəbi vətəndaşlar olmayıb. 

Qəzanın səbəbləri araşdırılır.

tag: Tokio,Turist,Avtobus,Toqquşma,Todaypress.az,