“Türk axını” ilə Avropaya qaz nəqlində rekord

Dünya

12.02.2025 11:50

2941

“Türk axını” qaz boru kəməri ilə Rusiya qazının  Avropaya tədarükündə yeni rekord qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Belə ki, Türkiyə və Bolqarıstan sərhədində yerləşən "Strandja-2" kompressor stansiyasından nəqletmə 390 milyon kubmetri ötüb. 

Bu, 2020-ci ilin yanvarında qaz kəmərinin istifadəyə verilməsindən bəri mütləq həftəlik tədarük rekordudur. 

Əvvəlki maksimum göstərici ötən ayın son həftəsində müşahidə olunub. 

Avropaya 376 milyon kubmetr qaz nəql edilib. 

Nicat Osman

tag: Türk axını,Qaz,Kubmetr,Rekord,Todaypress.az,