"Türk axını” ilə qaz nəqli rekord səviyyəyə çatdı
“Türk axını” qaz xətti ilə qaz nəqli bir aydan çoxdur rekord səviyyədə olub və bir həftə ərzində maksimum 378 milyon kubmetrə yüksəlib.
TodayPress xəbər verir ki, bu barədə “Bruegel” məlumat yayıb.
Eyni zamanda 4-6 fevral tarixlərində gündəlik tədarükünün 50,8 milyon kubmetrə çatdığı göstərilib.
Həmçinin yanvarda “Türk axını” ilə tədarük 45,2 milyon kubmetrə qədər artıb. Aylıq qaz tədarükü isə 1,4 milyard kubmetr təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Avropanın yeraltı qaz anbarlarından qazın çəkilmə sürəti uzunmüddətli orta göstəricini keçəcək.
Buna həm Rusiyadan tədarükün azalması, həm də son illərlə müqayisədə hava şəraitinin soyuq olması səbəb kimi göstərilib.
Səbəblərə həmçinin payızda, eləcə də qışın əvvəlində LNG (maye qaz) idxalının azaldılması, külək enerjisi istehsalının yetərli olmaması daxildir.
Nicat Osman
tag: Türk axını,Qaz,Kubmetr,Rekord,Todaypress.az,