Türk lirəsi kəskin ucuzlaşdı
Türkiyə valyutası martın 19-da 10%-dan çox ucuzlaşaraq bir dollar üçün rekord səviyyəyə - 41,1 lirəyə çatıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Belə kəskin enişdən sonra məzənnənin dinamikası korreksiyaya uğrayıb.
Belə ki, 2027-ci il prezident seçkilərində müxalifətin əsas ehtimal namizədi hesab edilən İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı vəziyyət fonunda türk valyutası hazırda təxminən 6 faiz dəyər itirir.
Qeyd edək ki, 54 faiz səslə təkrar seçkilərdə qalib gələrək paytaxt meri vəzifəsinə keçən İmamoğlu korrupsiyada şübhəli bilinir. Polis siyasətçinin iqamətgahında axtarış aparıb.
"CNN Türk"ün məlumatına görə, istintaq çərçivəsində meriyanın mətbuat müşaviri Murat Ongun da daxil olmaqla 100 nəfər saxlanılıb.
Töhfə Səməd
tag: Lirə,Ucuzlaşma,Əkrəm İmamoğlu,İstanbul,Bələdiyyə,Həbs,Todaypress.az,