Türkiyə 2025-ci ildə yeni tank alacaq
Türkiyədə hazırlanan yeni “Altay” tankı 2025-ci ildə ölkə ordusunun xidmətinə veriləcək.
TodayPress, “Daily Sabah”a istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Departamentinin rəhbəri Haluk Gergün məlumat verib.
“Bu il söz verdiyimiz kimi, ilk istehsal tanklarımızı qəhrəman ordumuza təhvil verəcəyik.
Hazırki planlarımıza avqust ayında zavodumuzun açılması və bütün zirehli texnikalarımızın istehsalı prosesinin başlanması və davam etdirilməsi daxildir" deyə o bildirib.
Gergün bildirib ki, 2025-ci ildə türkiyəli hərbçilər üç maşın alacaq. 2026-cı ildə isə 11 tank orduya, qalan "Altay T1" isə sonrakı illərdə göndəriləcək. Onun sözlərinə görə, 2028-ci ilə qədər Türkiyə ordusunun arsenalında 165 "Altay" tankı olacaq.
Qeyd edək ki, yeni tank türk ordusunda Alman "Leopard" və Amerika "M60"ın əvəzedicisi kimi hazırlanıb.
Xatırladaq ki, ilk "Altay" modeli 2011-ci ildə təqdim edilib. Çəkisi 60 tondan çox olan tank 120 millimetrlik hamar lüləli silahla və birləşmiş zirehlə təmin edilib.
Töhfə Səməd
tag: Altay,Tank,TÜrkiyə,Silah,Ordu,Todaypress.az,