Türkiyə ABŞ ilə təmaslarında müsbət siqnallar aldı
“Türkiyə Ukrayna ilə bağlı ABŞ-dən müsbət siqnallar alıb”.
TodayPress “RIA”ya xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, sülh prosesində “itirən tərəf olmayacaq”.
“Biz gözləyirik ki, bu proses konkret nəticələrə və münaqişənin dayandırılmasına gətirib çıxarsın” deyə mənbə bildirib.
Qeyd edək ki, daha əvvəl Qara dəniz təşəbbüsü ilə bağlı görüşün Türkiyədə keçirilə biləcəyi barədə məlumat yayılıb.
Diplomatın sözlərinə görə, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığında yeni taxıl sazişi məsələsi də müzakirə olunub.
Qiymət Mahir
tag: ABŞ,Türkiyə,Ukrayna,Tramp,