Türkiyə "Azimut" aviaşirkətindən təzminat tələb edəcək
Rusiyaya məxsus "Azimut" aviaşirkəti Antalyada baş verən təyyarə yanğınından sonra Türkiyəyə təzminat ödəyə bilər.
TodayPress xəbər verir ki, bu barədə hüquqşünas Candaş Gürola bildirib.
Onun sözlərinə görə, bununla bağlı Türkiyənin Nəqliyyat Nazirliyi hadisə ilə bağlı ayrıca araşdırma aparır.
Araşdırma nəticəsində yanğının söndürülməsi, hava limanında xidmətlərdə və uçuşlarda yaranmış axsamalara görə şirkətdən təzminat tələb oluna bilər.
Xatırladaq ki, hadisə 2024-cü il noyabrın 24-də baş verib.
Belə ki, Rusiya şəhəri Soçidən Antalyaya uçan “Sukhoi Superjet 100” təyyarəsi eniş zamanı yanıb.
Göyərtədə 89 sərnişin və 6 ekipaj üzvü olub. Xəsarət alan olmayıb və sərnişinlər vaxtında təxliyə edilib.
Qeyd olunub ki, eniş çətin hava şəraitində həyata keçirilib.
Türkan İsgəndərli
tag: Türkiyə,Azimut,Təyyarə,Təzminat,Todaypress.az,