Türkiyə fəlakət zonası üçün əlavə yarım milyard dollar vəsait cəlb etdi
Türkiyə hökuməti 2023-cü
ilin dağıdıcı zəlzələsindən zərər çəkmiş vilayətlərdə məşğulluq səviyyəsinin
saxlanılması və artırılması məqsədilə əlavə 500 milyon dollar xarici maliyyə
cəlb edib.
TodayPress xəbər
verir ki, bu barədə ölkənin xəzinə və maliyyə naziri Mehmet Şimşek məlumat
verib.
“Biz kütləvi
fəlakətin mənfi nəticələrini aradan qaldırmağa və fəlakət zonalarının
bərpasının sürətləndirilməsinə çalışırıq” deyə o, qeyd edib.
Onun sözlərinə
görə, fəlakət zonalarının ehtiyacları üçün Türkiyə hökumətinin zaminliyi
altında Dünya Bankının xətti ilə vəsait ayrılıb. Zəlzələ nəticəsində zərər
çəkmiş vilayətlərlə yanaşı, bu vəsaitdən fəlakət zonaları ilə həmsərhəd yeddi
digər vilayət də yararlana bilər.
“Yeni vəsait
axını hesabına şirkətlərə uzunmüddətli kredit ayrılacaq ki, bu da yeni iş
yerlərinin açılmasına stimul verəcək. Əsas hədəfimiz Türkiyənin bu hissəsində
sənaye istehsalının və ixracın həcmini artırmaqdır” deyə maliyyə naziri
vurğulayıb.
tag: Türkiyə, Yardım, Zəlzələ, Mehmet Şimşek, Nazir,Maliyyə, todaypress.az,