Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində Ermənistan hərbçiləri xidmət aparacaq
Bu gündən etibarən Ermənistanın Türkiyə
ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində Ermənistan sərhədçiləri
xidmət aparacaq.
TodayPress
Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol
Paşinyan məlumat yayıb.
Ermənistanla
Türkiyə arasında dövlət sərhədinin bağlanması səbəbindən “Marqara” keçid
məntəqəsi fəaliyyət göstərmir.
2022-ci
ilin yayında Ermənistan Respublikası hökumətinin qərarı ilə keçid məntəqəsi
təmir olunub və orada Rusiya Federasiyası Sərhəd Qoşunlarının bölmələrinin
daimi xidməti başlayıb.
“Marqara” sərhəd-keçid
məntəqəsinin Ermənistan Respublikası Sərhəd Qoşunlarının tabeliyinə verilməsi o
deməkdir ki, 2025-ci il martın 1-dən Ermənistana daxil olan və ölkədən çıxan
bütün şəxslərə sərhəd nəzarəti müstəsna olaraq Ermənistan Sərhəd Qoşunları
tərəfindən həyata keçiriləcək” Paşinyan qeyd edib.
tag: Marqara, Ermənistan, Sərhəd, Türkiyə, todaypress.az,