Türkiyə lirəsindən dollar qarşısında antirekord
Türkiyə lirəsi (TL) ABŞ dolları qarşısında antirekordunu yeniləyib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə xəzinə və maliyyə naziri Mehmet Şimşək məlumat verib.
Nazir bildirib ki, fevralın 13-də səhər saatlarında Türkiyə valyutası dollara qarşı 36,1250 TL səviyyəsini test edib. Bakı vaxtı ilə 10:00-da isə bir qədər yüksələrək 36,1155 TL-yə ticarət edilib.
Lirə dollar qarşısında bu gün 0.04 faiz, son bir həftədə isə 1% dəyər itirib.
TL manat qarşısında da bu il rekord səviyyədə ucuzlaşıb.
Azərbaycan Mərkəzi Bankının 13 fevral məzənnəsinə əsasən 1 TL 0.0471 AZN-ə qədər enib.
Nicat Osman
tag: Lirə,Manat,Dollar,Antirekord,Todaypress.az,