Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə azaltdı

Dünya

23.01.2025 19:30

2179

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini yenidən azaldaraq 45%-ə endirib.

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu, ardıcıl olaraq həyata keçirilən ikinci faiz düşüşü kimi qeydə alınıb. 

Xatırladaq ki, bundan öncə iki il ərzində Mərkəzi Bank faiz dərəcəsini dəyişməz saxlamışdı.

2024-cü ilin martında uçot dərəcəsi 50%-ə yüksəldilmiş və dekabr ayının sonunadək həmin səviyyədə qalmışdı. 

Son faiz endirimi ölkədə qiymət artımının sürətinin zəifləməsi ilə əlaqələndirilir.

Rəsmi məlumatlara görə, dekabr ayında illik inflyasiya 44,4%-ə qədər enib ki, bu da əvvəlki dövrlərə nisbətən daha sabit inflyasiya göstəricisidir. 

Ekspertlər hesab edir ki, faiz dərəcəsinin azaldılması inflyasiyanın aşağı düşməsi fonunda iqtisadi fəallığın dəstəklənməsinə xidmət edir. 

tag: Türkiyə,Mərkəzi Bank,Faiz,Dərəcə,Uçot,Todaypress.az,