Türkiyə Netanyahuya hava məkanını açmayacaq – RƏSMİ

Dünya

03.05.2025 17:30

13

İsrailin Baş naziri Benyamin Netanyahunun 8 mayda planlaşdırılan Azərbaycan səfəri çərçivəsində Türkiyə üzərindən uçuşuna icazə verilməyəcək.

TodayPress xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi nəzdindəki Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi “X” sosial şəbəkəsində yayıb. 

“Netanyahunun Azərbaycana səfəri üçün Türkiyənin hava məkanının açılması ilə bağlı heç bir hal mövcud deyil. Türkiyə İsrail təyyarələri üçün hava məkanını bağlayıb” deyə açıqlamada bildirilib.

Mərkəz qeyd edib ki, bu qərar İsrailin Qəzza zolağında apardığı siyasətlə bağlıdır və Ankara Fələstini dəstəkləməyə davam edəcək.

Qiymət Mahir

tag: Türkiyə,Netanyahu,İsrail,Azərbaycan,Səfər,todaypress.az,