Türkiyə parlamentinin sədr müavini infarkt keçirdi

Dünya

16.04.2025 21:00

14

Türkiyə parlamentinin sədr müavini Sırri Süreyya Öndər xəstəxanaya yerləşdirilib.

TodayPress xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb. 

Türkiyə Səhiyyə Nazirliyi açıqlamasında onun infarkt keçirərək xəstəxanaya yerləşdirildiyini və xəstəxanada müalicəsinin davam etdiyini bildirib.

Əməliyyat başa çatıb və o, həkimlərin nəzarəti altındadır.

tag: Türkiyə, Sırri Süreyya Öndər, Xəstəxana, Parlament, SƏdr, Səhiyyə, todaypress.az,