Türkiyə PKK-nın yaxın vaxtlarda tərk-silah olunacağını gözləyir

Dünya

05.05.2025 20:40

16

Türkiyə hakimiyyəti PKK terror təşkilatının yaxın zamanda tam şəkildə silahı yerə qoyaraq fəaliyyətinə son qoyacağını gözləyir.

TodayPress xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik mətbuat konfransında çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Ankara “Terrorsuz Türkiyə” hədəfinə çatmaq üçün səylərini qətiyyətlə davam etdirəcək.

“Əsas dönüş nöqtəsi PKK-nın bütün qolları və qeyri-qanuni elementləri ilə birlikdə silahı yerə qoyaraq özünü buraxması olacaq” Çelik qeyd edib.

tag: PKK, Terror, Silah, Türkiyə, Ömər Çelik, todaypress.az,