Türkiyə Rusiya və ABŞ liderlərinin görüşünə ev sahibliyi edəcək?

Dünya

28.04.2025 10:55

9

Türkiyə, tərəflərin razılığı ilə Rusiya və ABŞ liderlərinin görüşünü öz ərazisində keçirməyə hazırdır.

TodayPress xəbər verir ki, bu barədə "RİA" Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Niyə də olmasın? Türkiyə bu gün diplomatiya mərkəzi rolunu oynayır. Hər iki tərəf Türkiyəyə və onun lideri Rəcəb Tayyib Ərdoğana güvənir" deyə məlumatda əlavə olunub.

Agentliyin həmsöhbətinin sözlərinə görə, tərəflər hazır olsalar və razılaşsalar, Türkiyədə belə bir görüşü təşkil etmək olar.

Töhfə Səməd

tag: Türkiyə ,Rusiya ,ABŞ,Rəcəb Tayyib Ərdoğan,todaypress.az,