Türkiyə Rusiyadan neft idxalını dayandırır
Türkiyənin ən böyük neft emalı zavodu “Turkiye Petrol Rafinerileri” (Tupras) qiyməti G7-nin 60 dollar/barrel həddini keçəcəyi təqdirdə Rusiya neftinin alışını dayandıracaq.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumatda deyilir ki, fevralın 27-dən etibarən “Tupras” xam neftin barreli üçün 60 dollardan, yüksək dərəcəli yanacaqlar üçün 100 dollardan və ucuz yanacaqlar üçün 45 dollardan yuxarı qiymətlərlə bütün tədarükləri dayandıracaq.
Qeyd olunur ki, bu, Rusiyanın neft ixracına ağır zərbədir.
“Tupras” ötən il gündə təxminən 180 min barrel neft alıb.
Bu, hər biri 1,5-2 milyon barrel neft alan əsas alıcılar Çin və Hindistandan xeyli azdır, lakin Rusiyanın dəniz neft ixracının ümumi orta gündəlik həcminin təxminən 5,5%-nə bərabərdir.
Nicat Osman
tag: Neft,İdxal,Dollar,Türkiyə,Rusiya,Todaypress.az,