Türkiyə sahillərində dəniz minası aşkar edildi
Türkiyənin Kocaeli vilayətinin sahilləri yaxınlığında dəniz minası tapılıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sualtı istehkamçılardan ibarət qrup Qara dənizin Kefken kəndi sahillərində minanı zərərsizləşdirib.
Nazirlik sursatın mənşəyini açıqlamayıb. Faktla bağlı araşdırma aparılır.
Türkan İsgəndərli
tag: TÜrkiyə,Kocaeli,Dəniz Minası,Hadisə,Todaypress.az,