Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

Dünya

07.04.2025 22:00

14

Türkiyənin Bakıdakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayevin xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

TodayPress  xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.

“Mərhumun ailəsinin kədərini paylaşırıq. Can Azərbaycan xalqına başsağlığı veririk” paylaşımda qeyd edilib.

tag: Türkiyə, DSX, Hərbi Qulluqçu, Əsgər,Ölüm, Baş Sağlığı, todaypress.az,