Türkiyə sərhədlərindən terror təmizlənir
Suriya rəhbərliyi ilə PKK terror təşkilatına bağlı “Suriya Demokratik Qüvvələri” (SDQ) arasındakı razılaşma çərçivəsində bu ölkənin Türkiyə ilə sərhəd bölgələri ən qısa müddətdə tamamilə terrordan təmizlənəcək.
TodayPress xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Türkiyənin tələblərinə uyğun olaraq, SDQ-nin əsas silahlı qüvvəsi YPG Fərat çayının şərqindən çıxarılacaq: SDQ Suriya ordusuna tam inteqrasiya olunduqdan sonra ordunun tərkibində yaradılacaq yeni birliklər Suriyanın şimal-şərqində xidmət edəcək.
Türkiyənin də bu bölgədə hərbi bazasının qurulması planlaşdırılır.
Xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və MİT direktoru İbrahim Kalının Dəməşqə son səfəri zamanı bu mövzuların müzakirə edildiyi bildirilir.
60-70 min silahlı qüvvəsi olan YPG Suriya ordusuna inteqrasiya edəcək.
YPG sıralarındakı qeyri-suriyalılar deportasiya ediləcək.
PKK-nın tərksilah və ləğv prosesi tamamlandıqdan sonra Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriya və İraqdakı hadisələri yaxından izləyəcək.
tag: TÜrkiyə,PKK,SDQ,Terror,Todaypress.az,