Türkiyə texnikaları BƏƏ-də təqdim ediləcək
Türkiyənin “Nurol Makina” şirkətinin istehsalı olan “Ejder Yalçın” zirehli avtomobilinin yeni “EWB” versiyası 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təqdim olunacaq.
TodayPress xəbər verir ki, bu barədə “Nurol Makina” məlumat yayıb.
Zirehli avtomobil 17-21 fevral 2025-ci il tarixlərində Əbu Dabidə keçiriləcək Beynəlxalq Müdafiə Sərgisi və Ticarət Sərgisində (IDEX 2025) potensial müştərilərə təqdim olunacaq.
Bundan əlavə, sərgidə Türkiyənin ASELSAN hərbi-sənaye şirkəti tərəfindən istehsal olunan məsafədən idarə olunan 30 mm-lik “NEFER” atəş sistemi, həmçinin 12 nəfərlik ekipaj daşıya bilən yeni zirehli maşın da nümayiş etdiriləcək.
Nicat Osman
tag: Türkiyə,Nurol Makina,Ejder Yalçın,BƏƏ,todaypress.az,