Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
Tərəflər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Todaypress xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.
Administrasiyasının məlumatına əsasən, Ərdoğan Türkiyə və ABŞ-nin iki müttəfiq ölkə olaraq yeni dövrdə əməkdaşlığının inkişaf edəcəyinə tam inandığını bildirib.
O, ABŞ Prezidentinin Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün atdığı qətiyyətli addımları dəstəklədiyini, Türkiyənin müharibənin əvvəlindən ədalətli və davamlı sülh üçün səy göstərdiyini, bundan sonra da çalışacağını bildirib.
tag: Tramp,Ərdoğan,ABŞ,Türkiyə,Siyasət,TodayPRESS,todaypress.az,