Türkiyə və Britaniya diplomatları Suriyanı müzakirə edəcəklər

Dünya

03.03.2025 13:35

1656

Türkiyə və Britaniya diplomatları Ankaradakı məsləhətləşmələrdə Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edəcəklər.   

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.   

Məlumata görə, Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz və onun britaniyalı həmkarı Hamiş Falkoner Türkiyənin paytaxtında görüşəcəklər.   

Türkiyə tərəfi məsləhətləşmələrdə Suriyadakı təhlükəsizlik, sabitlik və iqtisadi vəziyyətlə bağlı fikirlərini səsləndirəcək. Bununla yanaşı Suriyaya qarşı tətbiq olunan sanksiyaların ilkin şərt olmadan tam ləğvi barədə müzakirələr aparılacaq.       

Diplomatlar həmçinin Suriyanın yeni administrasiyasının milli barışıq istiqamətində səyləri və beynəlxalq ictimaiyyətin bu addımlara dəstəyinin vacibliyi ilə bağlı vəziyyəti təhlil edəcəklər.   

Qeyd edək ki, tərəflər arasında görüş martın 3-də baş tutacaq. 

Türkan İsgəndərli

tag: Türkiyə,Britaniya,Diplomat,Türkiyə XİN,Todaypress.az,